Dünyada alış-verişdə kredit kartlarından istifadə günbəgün artır. ABŞ-da aparılan araşdırma zamanı kredit kartı istifadəsinin mənfi təsiri ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, araşdırmanı Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri aparıblar.
Alimlər həmçinin kredit kartı ilə fiziki pul istifadəsi arasındakı fərqləri qiymətləndiriblər. Fiziki pul istifadə edildikdə beyindəki mükafat mərkəzinə hər hansı bir siqnal daxil olmayıb. Eyni mərkəzin kredit kartlarının istifadəsi zamanı təsirləndiyi diqqət çəkib. Publika.az
