Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdıbackend

Daha 19 ailə Xocalı və Ağdərəyə qayıtdı

Sentyabrın 30-da Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

KONKRET.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Xocalı şəhərinə 17 ailə – 78 nəfər, Xocalının Xanyurdu kəndinə 1 ailə – 5 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə isə 1 ailə – 4 nəfər qayıdıb. Beləliklə, ümumilikdə 19 ailə olmaqla 87 nəfərin Xocalı və Ağdərə rayonlarına köçü təmin edilib. Köçürülən sakinlərə yeni yaşayış mənzillərinin açarları təqdim olunub.

Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı mərhələli şəkildə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*