Hülya Avşar zina iddiası ilə həbs ediləcəkdi – Məhkəmə işibackend

Hülya Avşar zina iddiası ilə həbs ediləcəkdi - Məhkəmə işi

Hülya Avşar və Tanju Çolak sevgisinin türk maqazin tarixini silkələyən qalmaqallı mətbuat konfransı!

Dövrünün əfsanəvi futbolçusu və bombardiri Tanju Çolakla türk kinosunun ən parlaq ulduzlarından biri Hülya Avşarın yaşadığı münasibət adi bir eşq macərası deyildi. Həmin vaxt evli olan Tanju Çolakla Hülya Avşarın münasibəti o qədər gündəmə gəldi ki, futbolçunun həyat yoldaşı Aysu xanım məhkəməyə müraciət edərək o dövrdə ağır hüquqi nəticələri olan rəsmi “zina” iddiası qaldırdı.

Həbs cəzası ehtimalı və cəmiyyətdən gələn böyük təzyiq qarşısında çətin vəziyyətə düşən Hülya Avşar və Tanju Çolak kameralar qarşısına keçərək Türkiyə televiziya tarixinin ən çox yadda qalan birgə mətbuat konfranslarından birini keçirdilər. Onlar münasibətlərinə son qoyduqlarını ictimaiyyətə açıqlamaq məcburiyyətində qaldılar.

İllər sonra hadisənin təfərrüatlarından danışan Tanju Çolak belə deyib:

“Evli olduğum halda Hülyaya dəlicəsinə aşiq olmuşdum. Hətta həyat yoldaşımdan boşanmağı belə gözə almışdım. Amma sonradan Hülya həyat yoldaşımdan üzr istədi”.

Beləliklə, bir vaxtlar türk maqazin gündəmini alt-üst edən bu münasibət illər keçsə də, həmin dövrün ən səs-küylü eşq qalmaqallarından biri olaraq xatırlanır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*