Rusiyada TƏYYARƏ QƏZASI: Ölənlər var – VİDEObackend

Rusiyada TƏYYARƏ QƏZASI: Ölənlər var - VİDEO

Rusiyanın Amur vilayətində təyyarənin qəzaya uğraması nəticəsində faciə yaşanıb. Hadisə Krasnoyanovo kəndi yaxınlığında qeydə alınıb.

KONKRET.az xəbər verir ki, qəzaya uğrayan hava gəmisinin “Ukrainka” aviaqrupuna məxsus olduğu bildirilir. İlkin məlumatlara görə, qəzaya səbəb təyyarədə yanacağın partlaması olub.

Məlumata əsasən, qəza zamanı göyərtədə yeddi nəfər olub. Faciədən sağ qurtula bilən yeganə şəxs orta ağır dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*