Bakıda bu ərazidə evlərin bir qismi söküləcək – Videobackend

Bakıda bu ərazidə evlərin bir qismi söküləcək - Video

Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və yol kənarındakı bəzi obyektlərin sökülməsi nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, küçədəki bəzi evlər ötən il sentyabrın 17-dən etibarən işarələnib.

Sakinlərin sözlərinə görə, onlara əvvəlcə kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib. Daha sonra isə ərazidəki və yaxınlıqdakı binalarda evlərin kvadratmetri hansı qiymətədirsə, kompensasiyanın da həmin qiymət əsasında hesablanacağı bildirilib.Sakinlər söküntünün nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumat verilmədiyini deyiblər.

Daha ətraflı İTV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*