Alman iş adamı məhkəmədən gizlənmək üçün səfirliyə qaçdıbackend

Alman iş adamı məhkəmədən gizlənmək üçün səfirliyə qaçdı

Alman investor Ralf Novak Moskvanın Tuşinski Məhkəməsində “BelkaCar” avtomobil paylaşma şirkətinin səhmlərinin oğurlanması ilə bağlı ona qarşı açılan cinayət işi üzrə hökmün elan edilməsinə gəlməyib və o, axtarışa verilib.

KONKRET.az xəbər verir ki, məhkəmə prosesində ev dustaqlığında olan Novak qarşıdakı hökmdən əsəbiləşib və hipertonik tutma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. İndi alman iş adamı özəl klinikadadır, həkimlər onun vəziyyətini qiymətləndirməlidirlər.

Tuşinski məhkəməsi Novakı 800 min rubl cərimə ilə ümumi rejimli koloniyada 5 il müddətinə azadlıqdan məhrum edib. İkinci müttəhim İlnur Azmuxanov 500 min rubl cərimə ilə 4 il həbs cəzası alıb. Məhkəmə, həmçinin onlardan zərərçəkmişdən 393 milyon rubl məbləğində mülki iddianın alınmasına qərar verib.

Novak Almaniyanın Moskvadakı səfirliyinin ərazisində sığınacaq tapmağa çalışsa da, diplomatlarla danışıqlardan sonra könüllü olaraq diplomatik nümayəndəliyin ərazisini tərk edib..

Vəkili Konstantin Elfimovun dediyinə görə, alman məhkəmə hökmündən sonra özünü pis hiss edib, təşvişə düşüb və yenidən həbsxanaya düşməkdən qorxub.

Hüquqi nöqteyi-nəzərdən Novakın kömək almaq şansı az olub. Çünki Vyana Konvensiyasına görə, diplomatik missiya onu Rusiya hakimiyyətinə təhvil verməli idi.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*