Almaniya hökuməti raketdən müdafiə sistemlərinin gücləndirilməsi üçün 17 milyard avro vəsait ayırmağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Berlin bir sıra silah istehsalçıları ilə bununla bağlı danışıqlar aparır.
Məlumata görə, hökumət “IRIS-T” hava hücumundan müdafiə sisteminin alınması üçün “Diehl Defense GmbH” ilə müqavilə bağlaya bilər. Bu, Almaniyaya 2-3 milyard avroya başa gələcək.
Almaniya həmçinin dörd milyard avroya İsrailin “Arrow 3” raketdən müdafiə sistemini və 10 milyard avroya Amerikanın zenit-raket kompleksini almaq imkanlarını araşdırır.
İqbal Rzayev,
KONKRET.az
