AQTA-nın “rifah” nağılı: Heyvanları universitetə imtahan verməyə aparmırsınız!backend

AQTA-nın "rifah" nağılı: Heyvanları universitetə imtahan verməyə aparmırsınız!

“Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir”.

Natiq Cavadlı: Nə qədər ki, mətbuat müstəqil deyil, o heç vaxt peşəkar  olmayacaq

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Natiq Cavadlı deyib.

Onun sözlərinə görə, qurumun verdiyi cavab sadəcə bəhanədən ibarətdir: “Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı. Qərar məhz sahibkarlığa əlavə məhdudiyyətlər yaradır, qatığa niyə qara deyirsiniz ki? Heyvan xəstəliklərinə nəzarət onun hansı maşında daşınmasından asılı deyil, xəstə heyvanı ‘Maserati’də daşıyanda sağalmır. Xəstə heyvanlar manual və vizual olaraq sərhəddə müəyyən edilir, xüsusi maşına xəstə heyvan minəndə o maşın siqnal çalıb fəryad etmir. Xəstəlik heyvandan-heyvana keçir, hansı maşında daşınmasından asılı olmayaraq belədir, yəni, xüsusi maşında daşınan xəstə heyvan, ‘ayıbdır, gül kimi maşındır, öz xəstəliyimi başqasına keçirməyəcəm’ kimi dərin, fəlsəfi düşüncələrə qərq olmur”.

Cavadlı qeyd edib ki, qurumun istifadə etdiyi “rifah” ifadəsi də tamamilə absurd və məntiqsizdir: “Açıqlamada bu ‘rifah’ məsələsini çox bəyəndim, yəqin ki, bu sözün mənasını bilmirlər, yoxsa belə absurd ifadə işlətməzdilər. Bəlkə AQTA elə bilir ki, heyvancığazı maşına mindirib universitetə imtahan verməyə aparırlar? Ay brat, aparıb kəsirlər onları, nə rifah, nə beynəlxalq standartlar? Bəlkə insanımızın rifahı haqqında düşünəsiniz?”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*