Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərləndibackend

Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərləndi

Almaniyanın Bavariya federal əyalətinin Allqoy bölgəsində yerləşən Bad-Qrönenbax şəhərində kilsədə dəm qazının sızması nəticəsində 19 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Blue News” məlumat yayıb.

Hadisə yerində təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşlarının iştirakı ilə genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilib.

İlkin məlumata görə, hadisəyə istilik sistemindəki nasazlıq səbəb olub. Dörd nəfərin vəziyyəti ağırdır. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Hadisənin dəqiq səbəbləri araşdırılır. Xəsarət alanların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*