Almaniyada narkotiklə bağlı rekord ölüm qeydə alındıbackend

Almaniyada narkotiklə bağlı rekord ölüm qeydə alındı

Almaniyada narkotikdən ölənlərin sayı son illərdə xeyli dərəcədə artıb və 2023-cü ildə rekord səviyyəyə çatıb.

KONKRET.az xəbər verir ki, Almaniyanın Narkomaniya və Narkotiklərlə Mübarizə üzrə Müvəkkili Burkhard Blienert ötən il qeyri-qanuni maddələrin istifadəsi nəticəsində ümumilikdə 2227 nəfərin həyatını itirdiyini bildirib.

Bu da əvvəlki illə müqayisədə 237 nəfər çoxdur.

Heroin ən çox ölümə səbəb olan narkotik sayılır.

Blienert, rəqəmlərin həyəcan verici olduğunu dilə gətirib. Qeyd edib ki, nəticə 10 il əvvəllə müqayisədə təxminən iki dəfə çoxdur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*