Almaniyanın paytaxtı Berlində baş tutan “Öncə ölkəmiz“ adlı etiraz aksiyasında Avropa Birliyinin, eyni zamanda Birliyə daxil olan Almaniyanın Rusiyaya qarşı tətbiq etdiyi saksiyaların dayandırılması tələb olunub.
KONKRET.az xəbər verir ki, Almaniya Parlamentinin (Bundestaq) önündə sosial tələblərlə bağlı təşkil olunan aksiyada minlərlə insan iştirak edib. Aksiyanın təşkilatçısı hazırda Almaniya parlamentində təmsil olunan, sağ yönlü “Almaniya üçün Alternativ” (AfD) partiyası olub.
Nümayişçilər “Öncə ölkəmiz”, “Soyuq otaqlar əvəzinə isti payız”, “Üşümək istəməyən silah verməsin”, “Şolz getməlidir”, “Müqavimət”, “Vətəni sevməyənlər getsin” və s. şüarlar səsləndiriblər.
