Almaniyadan Türkiyəyə CAVAB TƏDBİRİ – Berlindəki səfir XİN-ə çağrıldıbackend

Almaniyadan Türkiyəyə CAVAB TƏDBİRİ - Berlindəki səfir XİN-ə çağrıldı

Milli futbolçu Merih Dəmiralın Avstriya matçından sonra göstərdiyi “boz qurd” işarəsinin əks-sədaları davam edir.

KONKRET.az xəbər verir ki, Almaniya milli futbolçusu Merih Dəmiralın Avstriya matçında “boz qurd” salamı şəklində qol sevincini qeyd etməsinə görə, Türkiyənin Almaniyadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Almaniyanın daxili işlər naziri Faiserin “Boz Qurd”un sevincinə görə UEFA-dan sanksiya tələb etməsindən sonra Merih Demirala qarşı istintaq başladılıb.

Türkiyə də məsələ ilə bağlı hərəkətə keçib və Almaniyanın Ankaradakı səfiri Yurgen Şulz Xarici İşlər Nazirliyinə çağırılıb.

Baş verənlərdən sonra Almnaya da əks addım atıb. Merih Dəmiralın “boz qurd” salamı şəklində qol qeyd etməsi səbəbindən Almaniya Türkiyənin Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

UEFA da 2024-cü il Avropa Çempionatının son 16 turunda Milli Futbol Komandasının Avstriyanı 2:1 hesabı ilə məğlub etdiyi matçda Merih Dəmirala qarşı “qeyri-münasib davranış”a görə istintaq başladıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*