Almaniyalı tibb bacısı rus və alman həkimlərinin fərqlərindən danışdıbackend

Almaniyalı tibb bacısı rus və alman həkimlərinin fərqlərindən danışdı

Almaniyadan olan tibb bacısı Mariya Gerlitz Rusiyanın Nijni Novqorod şəhərindəki  bir xəstəxanada təcrübə keçərək alman həkimlərin rus həkimlərindən nə ilə fərqləndiyini tapıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə o, MDR nəşrinə müsahibəsində danışıb.

Gerlitzin sözlərinə görə, alman həkimlər xəstələrlə daha nəzakətli olurlar, lakin diaqnoz baxımından Rusiyadan yaxşı deyillər.

“Ruslar xəstəni stetoskopla dinləməyi, barmaqları ilə hiss etməyi daha yaxşı öyrəniblər” deyə tibb bacısı rus həkimlərinin fərqli diaqnostika üsullarını öyrənməyin vacib olduğuna diqqət çəkib: “Çünki yerli sakinlərin əksəriyyəti bahalı müayinələrdən keçə bilmirlər”.

O, Almaniyada mütəxəssislərin laboratoriya testlərinin və kompüter diaqnostikasının nəticələrinə daha çox güvəndiyini, Rusiya Federasiyasında isə hələ də ənənəvi müayinə metodlarına müraciət etdiklərini qeyd edib.

O, rus həkimlərin xəstələrə müalicə üsulları və təyin olunan dərmanlar barədə məlumat verməmələrini də xüsusi vurğulayıb.

Babək Göyüş

KONKRET.az

  • Namidə
    Aprel 1, 2020 - 11:38

    İmtahanlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*