Almaniyanın xarici işlər naziri bir stilistə gündə doqquz min avro XƏRCLƏYİRbackend

Almaniyanın xarici işlər naziri bir stilistə gündə doqquz min avro XƏRCLƏYİR

Almaniyanın xarici işlər naziri Annalena Berbok bir iş günü ərzində stilistin xidmətinə təxminən doqquz min avro xərcləyir.

KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Qeyd olunub ki, təkcə 2022-ci ilin birinci yarısında Almaniyanın federal nazirlikləri fotoqrafların və gözəllik işçilərinin xidmətlərinə təxminən yarım milyon avro xərcləyib.

Belə ki, Berbok bu xidmətlərə daha çox pul xərcləyib.

“Bunun üçün 136 min avro xərclənib. Nazir vizajistinə gündəlik 8925 avro (ƏDV daxil) ödəyir”, – deyə məlumatda bildirilib.

Hüquqşüna Kristian Hillqruber onları hüquqi cəhətdən şübhəli və siyasi baxımdan çirkin adlandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*