Bu ərazilərdə işıq olmayacaqbackend

Bu ərazilərdə işıq olmayacaq

İyulun 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri zamanı fasilə Nizami Abdullayev küçəsini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*