Almanlar həyəcan təbili çalır: Ölkədə suriyalıların sayı artır – FOTObackend

Almanlar həyəcan təbili çalır: Ölkədə suriyalıların sayı artır - FOTO

Keçmiş səhiyyə naziri, Xristian Demokratlar İttifaqından Bundestaqın üzvü Yens Spahn deyib ki, Almaniya getdikcə daha çox qaçqın qəbul etməklə dünyanın problemlərini həll etməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə o, televiziyada çıxışı zamanı danışıb.

“Dünyadakı suriyalıların beş faizi hazırda, əfqanların bir faizi Almaniyada yaşayır. Bu sistem belə işləyə bilməz”, – Spahn bildirib.

Son hesablamalara görə, Suriyada 22 milyona yaxın insan yaşayır. Eyni zamanda, Federal Statistika İdarəsinin hesablamalarına görə, Almaniyada 970 mindən çox suriyalı var. Üstəlik, artıq alman pasportu olan suriyalıları da nəzərə alsaq, ümumi rəqəm təxminən 1,2 milyondur.

Spahnın sözlərinə görə, Almaniya pozulmuş miqrant bölgüsü sisteminə riayət etməyə davam edə bilməz, əks halda “biz ölkəmizdə təhlükəsizliyi və nəzarəti tamamilə itirəcəyik”.

Spahn məşhur alman jurnalisti Peter Scholl-Latourdan sitat gətirib: “Əgər Kəlküttənin yarısını qəbul etsəniz, Kəlküttəyə kömək etmirsiniz, nəticədə Kəlküttə kimi olursunuz”.

Bir gün əvvəl CDU lideri Fridrix Merz “milli fövqəladə vəziyyət” elan etməyə və Almaniya sərhədində qeyri-qanuni miqrantları geri qaytarmağa başlamağa çağırıb.

İlkanə Şəvəqqət,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*