Qafqaz Albaniyasının tarixi ilə bağlı yeni müzakirə: Tarixçi alim elə şeylər danışdı ki…backend

Qafqaz Albaniyasının tarixi ilə bağlı yeni müzakirə: Tarixçi alim elə şeylər danışdı ki...

Qafqaz Albaniyasının nə vaxt yaranması və bu dövlətin Atropatena ilə hansı əlaqəsinin olması hır zaman xüsusi maraq doğurub.

KONKRET.az bildirir ki, Tarix elmləri doktoru Həsən Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” adlı seminarda maraqlı məqamlara toxunub.

Həsən Həsənov bildirib ki, Albaniya bizim doğma dövlətimiz olub və Atropatenanın törəməsidir.

Onun sözlərinə görə, Albaniyanın eramızdan əvvəl IV əsrdə dövlət kimi yarandığını təsdiqləyən qədim yazılı mənbə yoxdur.

Alim xüsusilə bir məqama diqqət çəkib: tarixdə mənbə ilə tədqiqatçının fikrini bir-birindən ayırmaq lazımdır.

Həsən Həsənov deyib ki, qədim mənbə konkret tarixi məlumatdır, sonrakı dövr tədqiqatçısının fikri isə elmi araşdırmanın nəticəsidir və bunlar eyni məna daşımır.

O, həmçinin erməni tarixşünaslığında irəli sürülən bəzi fikirlərin ilkin mənbələrlə deyil, sonrakı tədqiqatçıların əsərləri ilə əsaslandırıldığını bildirib.

Tarixçi alim fikrini belə yekunlaşdırıb:

“Eramızdan əvvəl IV əsrdə Albaniyanın dövlət kimi yaranmasına aid bir dənə də olsun mənbə yoxdur”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*