ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, bu barədə BMT-də çıxışı zamanı danışıb. Tramp bildirib ki, İran uzun müddət Yaxın Şərqdə güclü mövqeyə malik olub, lakin hazırda əvvəlki kimi təsir göstərə bilmir.
Amerika lideri siyasi fəaliyyətə başladığı ilk gündən İranın nüvə silahına sahib olmasına qarşı olduğunu vurğulayıb.
“İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəyəm. Onlar Yaxın Şərqi qoçusu idilər, lakin artıq zorbalıq etmirlər”, – deyə Tramp qeyd edib.
