Dünyanın ən uzun sendviçi – FOTObackend

Dünyanın ən uzun sendviçi - FOTO

Almaniyada balıqlı ən uzun sendviç hazırlanaraq rekord qeydə alınıb. Rekord uzunluğu 51,78 metr olan sendviç Bremen şəhərində hazırlanıb.

KONKRET.az xəbər verir ki, sendviçin hazırlanmasına hər biri iki metr uzunluğunda olan 26 baget sərf edilib. Çörəklər xüsusi üsulla bir-birinə birləşdirilib. Rekord Almaniya Rekordlar Kitabının nümayəndələri tərəfindən rəsmi şəkildə qeydə alınıb.

Daha sonra nəhəng sendviç hər biri 10 santimetr olmaqla hissələrə bölünüb ki, tədbir iştirakçıları onu dada bilsinlər.

Söhbət Şimali Almaniyanın ənənəvi Fischbrötchen sendviçindən gedir. Bu yemək balıq, kahı, turşu xiyar, soğan və remulad sousundan hazırlanır.

Əvvəlki rekord apreldə Rostok şəhərində müəyyən edilmişdi. Həmin vaxt 42,37 metr uzunluğunda balıqlı sendviç hazırlanmış və bunun üçün 100 kiloqramdan çox siyənək balığı istifadə olunmuşdu.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*