“Bavariya”nın keçmiş futbolçusu Türkiyə klubuna qoşulacaqbackend

"Bavariya"nın keçmiş futbolçusu Türkiyə klubuna qoşulacaq

Türkiyənin “Trabzonspor” futbol klubu köməkçi məşqçi vəzifəsi üçün Jerom Boatenqlə prinsipial razılığa gəlib.

KONKRET.az bu barədə “HT Spor”a istinadən xəbər verir.

Bu yaxınlarda almaniyalı Tomas Raysı baş məşqçi təyin edən komanda Boatenqi məşqçilər heyətinə daxil edəcək.

38 yaşlı Boatenq komandaya Raysın istəyi ilə qoşulub. “Bavariya”nın və Almaniya millisinin sabiq müdafiəçisi Jerom Boatenq məşqçilik karyerasına ötən il Avstriyanın LASK komandasında başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*