Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTObackend

Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı – FOTO

Mərhum Xalq artisti Amaliya Pənahovaya aid qılınc Türkiyədə satışa çıxarılıb.

KONKRET.az  “Teleqraf”a istinadən xəbər verir ki, tanınmış aktrisanın 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə hədiyyə etdiyi qılınc auksion saytlarının birində yer alıb.

Hədiyyə qılıncın üzərində yazılıb: “Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993″.

Xatırladaq ki, Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.

Xalq artisti 2018-ci ildə vəfat edib.

KCnZuFaqcQLk53I1LVEB3oGDylBAqLBjWI6Jyc7D 640c24YPG6Z1hnX66iR6hunJTH6GKej1vv5aQONLXsy 640

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*