AMEA-nın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkbackend

AMEA-nın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək.

KONKRET.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” qərarında yer alıb.

Qərarla Azərbaycan Milli Elmlər Akademiyasının işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

1. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Aparatı.
2. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri:
2.1. Respublika Seysmoloji Xidmət Mərkəzi;
2.2. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;
2.3. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
2.4. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;
2.5. Fəlsəfə və Sosiologiya İnstitutu;
2.6. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
2.7. Nəsimi adına Dilçilik İnstitutu;
2.8. Memarlıq və İncəsənət İnstitutu;
2.9. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;
2.10. Folklor İnstitutu;
2.11. Qafqazşünaslıq İnstitutu;
2.12. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
2.13. Lənkəran Regional Elmi Mərkəzi;
2.14. Şəki Regional Elmi Mərkəzi; 2.15. Mərkəzi Elmi Kitabxana;
2.16. “Elm” Nəşriyyatı.
3. Naxçıvan bölməsinin Aparatı.
4. Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
4.1. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; 4.2. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
4.3. Əlyazmalar Fondu.
5. Gəncə bölməsinin Aparatı.
6. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
6.1. Humanitar Tədqiqatlar İnstitutu;
6.2. Diyarşünaslıq İnstitutu; 6.3. Nizami Gəncəvi Mərkəzi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*