Amil Xəlilin verilişi BAĞLANDIbackend

Amil Xəlilin verilişi BAĞLANDI

Space telekanalında aparıcı Amil Xəlil tərəfindən təqdim edilən “Xəbər adamı” verilişi bağlanıb.

KONKRET.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. O, bildirib ki, veriliş artıq yayımlanmayacaq.

Məlumatda verilişin bağlanması ilə bağlı dəqiq səbəblər açıqlanmayıb. Bu qərarın kanalın yeni proqram strategiyası çərçivəsində qəbul edildiyi ehtimal olunur.

Qeyd edək ki, “Xəbər Adamı” verilişi gündəlik aktual xəbərləri və vacib ictimai məsələləri işıqlandıran bir proqram olaraq yadda qalıb. Veriliş izləyicilərinə xəbər dünyasında baş verən ən mühüm hadisələri təqdim edirdi.

Xatırladaq ki, veriliş ötən ilin sentyabr ayında yayımlanmağa başlayıb./yenisabah

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*