“Amulsarın maraqlarını nəzərə alan qərarlar qəbul etməliyik” – Nikol Paşinyanbackend

"Amulsarın maraqlarını nəzərə alan qərarlar qəbul etməliyik" - Nikol Paşinyan

“Qərarlar qəbul etməli, müəyyən investisiya proqramlarını erməni cəmiyyəti üçün daha faydalı və məqbul etməliyik. Ermənistanın balanslaşdırılmış maraqlarını nəzərə alaraq qərarlar qəbul etməliyik. O cümlədən Amulsarın tanınmış investisiya proqramı ilə əlaqədar olaraq həll yolları tapmağa çalışmalıyıq”.

KONKRET.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin son iclasında İqtisadi Mübarizə Proqramının ilkin fəaliyyət planına istinad edərək deyib.

Baş nazir əlavə edib ki, Dağ-mədən sənayesi milli təhlükəsizlik sisteminə daxil olmaqla Ermənistan iqtisadiyyatının inkişafında çox vacib rol oynayır. Son dövrlər bəlli səbəbdən ölkəmiz mədən sənayesində böyük itkilərlə üzləşib. Biz ən qısa zamanda bu itkilərin yerini doldurmalıyıq”.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*