Rusiyada ən azı üç şəhərdə oktyabr ayında ilk qar yağacaq.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Meteo” proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov “RİA Novosti”-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq ayın ilk həftəsində – 2 və 3 oktyabr tarixlərində Yekaterinburqda qar yağacaq.
“Kazanda və Ulyanovskda sulu qar gözlənilir”, – sinoptik əlavə edib.
Şuvalovun sözlərinə görə, hazırda Moskvada qar yağacağı proqnozlaşdırılmır.
Qeyd edək ki, Azərbaycanda da oktyabrın ilk günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi ərazilərdə leysan, şimşək və dolu olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yüksək dağlıq ərazilərdə qar yağması, dağlıq ərazilərdə isə sulu qara keçməsi ehtimalı var.
