“Qərb siyasətçiləri və analitikləri sülh danışıqlarına çağıranda əslində Putinin ukraynalıları məhv etmək, rusları əsarət altına almaq və qonşularını terror etmək planlarını dəstəkləyirlər”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hill” yazıb.
Məqalə müəllifləri qeyd ediblər ki, Rusiyanın Ukraynaya son iki raket hücumu bu ölkənin cinayətkar müharibə aparmaqla soyqırım niyyətini açıq şəkildə göstərir.
“Xarkov hər gün bombalanır və dəyişməz hədəf mülkilərdir. Hələ bir neçə ay əvvəl Rusiya vaxtaşırı bombaları atmaqla şəhər sakinlərini terrora məruz qoyurdu. Son hücumlar daha tez-tez, intensiv və uzun müddətlidir. Onların məqsədi artıq xarkovluları qorxutmaq deyil, sakinləri və şəhəri insan külünə və kərpic yığınlarına çevirməkdir.Mülkü əhalinin böyük miqyasda kütləvi şəkildə məhv edilməsi məqsədi ilə qəsdən öldürülməsi soyqırımdır”.
Qeyd olunur ki, Rusiya təkcə insanları öldürüb binaları partlatmır, Ukrayna mədəniyyətini və Ukraynada həyatın fiziki əsaslarını bilərəkdən məhv edir.
“Ana Rusiya və onun qorxunc oğlu Putin ukraynalıları bir millət kimi kökündən silməyə çalışır”, – “Hill” yazır.
Xatirə SADİQ,
KONKRET.az
