Uzaq Şərqdə səfərdə olan Rusiyanın müdafiə naziri Andrey Belousov hərbi qulluqçular üçün mənzil tikintisinin gecikdirilməsinin cinayət məsuliyyəti yaratdığını xatırladıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, müdafiə naziri bunu Sakit Okean Donanmasının 155-ci dəniz piyada briqadasının infrastruktur obyektlərinə baxış keçirərkən bildirib.
Belousov layihələrin icrası ilə bağlı hesabat verən yükəkrütbəli hərbçiyə bildirib ki, hesabatlar aylıq qəbul edilməlidir.
“Onlar vaxtında təqdim edilmədikdə isə bu, cinayət məsuliyyəti yaradacaq”, – deyə müdafiə naziri hədələyib.
Orxan
KONKRET.az