“Paşinyanın arvadı həyasızcasına Dağlıq Qarabağa səfərlər edir” – Elçin Quliyevbackend

“Paşinyanın arvadı həyasızcasına Dağlıq Qarabağa səfərlər edir” – Elçin Quliyev

Ermənistan növbəti dəfə işğalıçı dövlət olduğunu sübuta yetirib. Belə ki, Ermənistan Baş nazirinin arvadı Anna Akopyan “Facebook”da işğal altında olan Qarabağdakı Xudavəng monastır kompleksini reklam edərkən fotolardakı yerləri ərazi olaraq Azərbaycan qeyd edib. Bu vəziyyət təxminən 2 saat davam edib.

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran politoloq Elçin Quliyev söyləyib ki, Nikol Paşinyanın işğalçı siyasəti bəllidir: “O artıq özünü beynəlxalq arenada özünü biabır edib. Onun heç bir nüfuzu yoxdur. Bütün dünya bilir ki, Ermənistan işğalçı bir dövlətdir. Onlar Azərbaycan ərazililərin işğal edib. Nəinki, torpaqlarımızı, eyni zamanda mədəniyyətimizi, milli mətbəximizi oğurlayıb öz adlarına çıxarırlar. Amma dünya içtimayyəti bunların hamısının yalan olduğunu bilir. Nikol BBC telekanalına verdiyi müsahibədə bir daha Ermənistanın işğalçı dövlət olduğunu sübut etdi. BBC telekanalı Ermənistanın işğalçı dövlət olduğunu, BMT-nin dörd qətnaməsi ilə dünya içtimayyətinə bildirdi. Bu da o deməkdir ki, Nikol səriştəsiz və heç bir nüfuzu olmayan bir işğalçı dövlətin baş naziridir. Bunun ardından da onun xanımı Anna Akopyan həyasızcasına Dağlıq Qarabağa səfər edir və  baş nazirin xanımı feysbuk səhifəsində Azərbaycanın tarixi abidələrindən biri olan monastrdan foto paylaşır. O, statusunda yazıb: “Kampaniyanın məqsədi erməni mədəniyyətini, turizm yerlərini, mənəvi dəyərlərini, yeməklərini və adət-ənənələrini təqdim etməkdir”.

Facebook sosial şəbəkəsinin coğrafi yer seçimində Annanın olduğu yer Azərbaycan olaraq göstərilib. Bu da növbəti bir həyasızlıq və vandalizmdir. Ermənilər tarixən siyasi yalançı, siyası talançı azsaylı etnik qrup olub. Onlar gəlib İrəvan xanlığında məskunlaşaraq, bu oğru niyyətlərini reallaşdıra-reallaşdıra gəlib bu yerə çıxıblar. Gec-tez Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və Dünya Birliyi Ermənistanın işğalçı dövlət olduğunu bir daha biləcək. Buna heç bir şübhə ola bilməz”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*