Antalyada ukraynalıların bu hərəkəti TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİbackend

Antalyada ukraynalıların bu hərəkəti TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ

Ukraynadan olan tiktokerlərin Antalya ilə bağlı videosu türkləri qəzəbləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə “TV 100” məlumat yayıb.

Bildirilib ki, bir qrup ukraynalı tiktoker qalmaqallı videonun üzərinə “Bizə əcnəbi deyirlər, amma türklər artıq Antalyada əcnəbi olublar” sözlərini yazıblar.

Sözügedən yazı ölkənin müxtəlif vilayətlərində, xüsusən də Antalyadan olan türklərin kəskin reaksiyasına səbəb olub.

Qeyd edək ki, müharibə başlayandan sonra Türkiyəyə sığınan ukraynalıların bir çoxu Antalyada məskunlaşıb.

Türklərin reaksiyasından sonra sözügedən video silinib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*