Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıqbackend

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

Aprel ayında astronomiya həvəskarlarını sevindirəcək bir hadisə yaşanacaq. Ekspertlərin proqnozlarına görə, “C/2025 R3 (PANSTARRS)” adlı parlaq komet Şimal yarımkürəsində, o cümlədən Azərbaycanın səmasında da müşahidə oluna bilər.

KONKRET.az xəbər v erir ki, Kometin Günəşə ən yaxın nöqtədən, perigelidən 19-20 aprel tarixlərində keçəcəyi gözlənilir. Ən yaxşı görünmə şəraiti aprelin 17-nə təsadüf edəcək. Həmin gün kometin parlaqlığının birinci ulduz kəmiyyətinə çatacağı bildirilir.

Əsas maraqlı hadisə isə aprelin 25-də baş verə bilər. Bu zaman komet Günəş və Yer arasında demək olar ki, düz bir xətt üzərində yerləşəcək. Günəş şüalarının birbaşa səpilmə effekti nəticəsində kometin parlaqlığının kəskin artaraq mənfi dörd ulduz kəmiyyətinə çatması ehtimal edilir. Bu baş verərsə, kometi hətta gündüz vaxtı da görmək mümkün ola bilər.

Alimlərin fikrincə, aprelin 1-dən 21-dək kometi şərq üfüqündə, səhər sübh çağı, Peqas bürcü fonunda adi gözlə müşahidə etmək mümkün olacaq. Bakı kimi işıqlı şəhərlərdə
müşahidə üçün şəhərdən kənara, işıq çirklənməsinin az olduğu ərazilərə çıxmaq daha məqsədəuyğundur.

Bu cür kosmik hadisələri izləmək üçün “Stellarium” kimi astronomik tətbiqlərdən istifadə etmək müşahidənizi daha rahat edə bilər.//Demokrat.az

  • Saləddin
    Mart 16, 2026 - 12:07

    Yaxşıdır

  • Vəliyev Hüseyn
    Mart 16, 2026 - 13:57

    Astronomiya üzrə xəbərlər

  • İdyhdoydo
    Mart 16, 2026 - 20:20

    Hffhldhlhıf

Vəliyev Hüseyn üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*