Arayik Ağdamın kəndində yeni xaçkar abidəsinin açılışını etdi – FOTOLARbackend

Arayik Ağdamın kəndində yeni xaçkar abidəsinin açılışını etdi - FOTOLAR

Azərbaycan Respublikasının Xankəndi, Xocalı, Əsgəran, Ağdərə şəhərlərində, eləcə də Xocalı, Xocavənd, Kəlbəcər, Tərtər və Ağdam rayonlarının hüquqi-inzibati ərazilərinin bir hissəsində tör-töküntüləri hələ də faktiki olaraq fəaliyyət göstərən separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan 9 mayda torpağımızda növbəti qanunsuz tədbir icra edib.

KONKRET.az xəbər verir ki, bu haqda Xankəndidəki erməni nəşrləri məlumat yayıb.

Məlumata görə, Azərbaycan dövlətinin İnterpolla aradığı Arayik dünən Ağdam rayonunun işğal altındakı Ballıqaya kəndinə yollanıb. Baş separatçı həmin Azərbaycan kəndində separatçı-terrorçu rejimin əski parçası altında 44 günlük savaşda Milli Ordumuz tərəfindən gorbagor edilmiş erməni tankçı Armen Baqdasaryan ad-soyadlı məxluqun “xatirəsi”nə xaçkar abidəsinin açılışında iştirak edib. Arayik işğalçı hərbçinin ailə üzvlərinə onun “layiq görüldüyü” “1-ci dərəcəli döyüş xaçı” ordeni təqdim edib.

Xatırladaq ki, ermənilərin “Kiçan” adlandırdığı Ballıqaya yaşayış məntəqəsi Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənddir. 29 dekabr 1992-ci ildə Kican kəndi Ballıqaya adlandırılmışdır.

Kənd sovet dövründə Ağdərə (“Mardakert”) rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Ballıqaya Ağdam rayonunun ərazisinə düşüb.

2020-ci il 10 noyabr razılaşmasına əsasən noyabrın 20-də Ağdam rayonun bütün ərazisindən erməni hərbi birləşmələri çıxarılmalı olsa da, sovet dövründə Ağdərə rayonuna aid olan digər kəndlər kimi bu kənd də Rusiya hərbi kontingentinin himayə etdiyi ermənilərin işğalı altında qalıb.

Təəssüf ki, Ağdama aid “Vikipediya” məlumatlarında rayonun bütün ərazisinin işğaldan azad edildiyi haqda yalan məlumat verilir./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*