Son həftələr Rusiya işğalçıları Ukraynanın enerji infrastrukturuna hücumlar edir.
KONKRET.az xəbər verir ki, bunu UPO-nun müşaviri Aleksey Arestoviç deyib. O, bildirib ki, Rusiyanın kritik infrastrukturu atəşə tutması səbəbindən Ukraynada həftələrlə, hətta aylarla su, işıq və istilik olmaya bilər.
“Bu vəziyyət asan deyil. İstilik elektrik stansiyalarımızın və ya elektrik generasiya obyektlərimizin 30 faizi vurulub. Orada bərpa işləri gedir. Mürəkkəb işlərdir, iki günə təmir etmək olmur” – deyə Arestoviç bildirib.
Ancaq o, əmindir ki, ukraynalılar bunun öhdəsindən gələcəklər.
Qeyd edək ki, son həftələr rus işğalçıları Ukraynanın enerji infrastrukturuna hücumlar edir. Oktyabrın 10-da kütləvi raket zərbəsi nəticəsində 30-dan çox yaşayış məntəqəsinin infrastrukturuna ziyan dəyib. Oktyabrın 19-da işğalçılar Vinnitsa vilayətində Burştın İES-i və enerji obyektini atəşə tutublar. Bu gün Ukraynanın ümumi energetika infrastrukturunun təxminən 40%-i Rusiyanın atəşə tutması nəticəsində ciddi zədələnib. Prezident Aparatından bildirilib ki, oktyabrın 20-dən bütün ölkə ərazisində elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq olunacaq.
Günel Mikayılova,
KONKRET.az
