Armen Qriqoryan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün şərtləri AÇIQLADIbackend

Armen Qriqoryan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün şərtləri AÇIQLADI

“Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtlərin mövcudluğunu nəzərdə tutur”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında səsləndirib:

“Biz hərtərəfli sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcəyik. Bunun üçün biz Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu ilə, həmsədrlərin “üçlüyü” çərçivəsində həllini tapmalıyıq” – Qriqoryan vurğulayıb.

Qriqoryan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların blokdan çıxarılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi bir çox məsələlər var. Təhlükəsizlik Şurasının katibi bu məsələlərin birgə həllinin sülh müqaviləsinin imzalanmasına zəmin haradacağına əminliyini ifadə edib.

Xatırladaq ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev rəsmi Bakının mümkün sülh sazişinin imzalanması üçün danışıqların başlanması ilə bağlı İrəvandan cavab gözlədiyini bildirmişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*