QMİ və Türk Akademiyası əməkdaşlıq perspektivlərini müzakirə edibbackend

QMİ və Türk Akademiyası əməkdaşlıq perspektivlərini müzakirə edib

İyulun 29-da Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev arasında görüş keçirilib.

KONKRET.az xəbər verir ki, görüş zamanı Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilən elmi-praktiki tədbirlər barədə məlumat verib.

Öz növbəsində, Ş. Mustafayev toplantı iştirakçılarına Türk Akademiyasının əsas fəaliyyət istiqamətlərini təqdim edib, icra olunan beynəlxalq elmi layihələrdən danışıb və qurumun nəşriyyat fəaliyyətinin əsas nəticələrini diqqətə çatdırıb.

Tərəflər gələcək qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edərək, türk xalqlarının ümumi tarixi-mədəni irsinin qorunmasına və təbliğinə yönəlmiş birgə elmi-mədəni layihələrin və tədbirlərin həyataб keçirilməsində qarşılıqlı maraq ifadə ediblər.

Görüşün sonunda Ş. Mustafayev hörmət əlaməti olaraq və dostluq əlaqələrini gücləndirmək məqsədilə A. Paşazadəyə Türk Akademiyası tərəfindən hazırlanıb nəşr edilmiş, Qurani-Kərimin türk dilinə — Qaraxani dövrünə aid qədim tərcümələrindən biri olan “İlk Qaraxani Quranı” nəşrini hədiyyə edib.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*