Dünya şöhrətli aktyor, ABŞ-nin Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqerin oğlu Patrik “Ağ lotus” serialının üçüncü mövsümündə rol alacaq.
KONKRET.az-ın məlumatına görə, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Şounun aktyor heyətinə həmçinin Walton Goggins, Sarah Katherine Hook və Aimee Lou Wood da qoşulur. Serialın çəkilişləri Koh Samui, Phuket və Banqkokda və onların ətraflarında aparılacaq. Qeyd olunur ki, HBO mövsümün çəkilişi və təbliği üçün Taylandın Turizm İdarəsi ilə əməkdaşlıq edir.
Bundan öncə isə məlum olmuşdu ki, serb və rus teatr və kino aktyoru, “Qul” filminin ulduzu Miloş Bikoviç də “Ağ lotus”un üçüncü sezonunda rol alacaq.
Qeyd edək ki, “Ağ Lotus” rejissor Mayk Uayt tərəfindən çəkilmiş Amerika komediya-dram televiziya serialıdır. Birinci mövsüm 2021-ci ildə, ikinci mövsümün premyerası isə 30 oktyabr 2022-ci ildə baş tutub. Şou “10 Emmy” mükafatı alıb və “Qızıl Qlobus” nominasiyasının qalibi olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
