Arşavir Qaramyan: “Böyük İşxanasarı güzəştə getsək, demək bütün Süniki veririk”backend

Arşavir Qaramyan: “Böyük İşxanasarı güzəştə getsək, demək bütün Süniki veririk”

Arşavir Qaramyan: “Böyük İşxanasarı güzəştə getsək, demək bütün Süniki veririk”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri  Xocalı qatili,  general– leytenant, “Arsax”ın “milli qəhrəmanı”, keçmiş “təhlükəsizlik xidmətinin rəisi” Arşavir Qaramyan öz Fasebook səhifəsində yazıb.

O belə yazıb: “Bölgədə yaranmış mürəkkəb hərbi- siyasi vəziyyətdən,  İsrail-Fələstin toqquşmalarından, Ermənistanı idarə edə bilməyən degenerat hakimiyyətin səriştəsizliyindən  istifadə edərək və Türkiyənin bu qarışıqlıqdan uduşla çıxmaq istəyini nəzərə alaraq, azərbaycanlılara gecikmədən Böyük İşxanasar dağının yüksəkliklərini ələ keçirmək və bununla da ərazilərə nəzarət yaratmaq tapşırılıb. Bununla da son “Arsax” müharibəsindən sonra Sünikin (Zəngəzur) təhlükəsizliyini təmin edən geniş hərbi bazaya çevrilən Sisian aeroportuna nəzarət Azərbaycana keçir”.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*