“Arsenal” pley-offa vəsiqəni təmin etdibackend

"Arsenal" pley-offa vəsiqəni təmin etdi

UEFA Avropa Liqasının qrup mərhələsində II turdan təxirə salınmış oyun keçirilib.

KONKRET.az xəbər verir ki, A qrupunda İngiltərə “Arsenal”ı Londonda Niderlandın PSV komandasını qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Qranit Caka vurub.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran “topçular” pley-offa vəsiqəni təmin ediblər. 7 xalı olan Eyndhoven təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, A qrupunda Norveçin “Budö Qlimt” və İsveçrənin “Sürix” klubları da mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*