Ermənistan rəsmilərindən Azərbaycanın Qarabağ zəfəri ilə bağlı acı etiraflar gəlməyə davam edir.
KONKRET.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Arsrun Ovannisyan da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata münasibət bildirib.
Belə ki, Nazirlik rəsmisi məğlubiyyət acısı ilə öz facebook səhifəsində “kaş dünən heç oyanmayaydım” yazıb.
Xatırladaq ki, Arsrun Ovannisyanın ötən gün səhhəti pisləşib.Hətta infarkt keçirdiyi də iddia olunurdu. Ermənistan MN isə sadəcə təzyiqinin qəfil düşməsi nəticəsində halının pisləşdiyini bildirərək, infarkt olması xəbərini təkzib etmişdi.
