“Ermənistanın ilkin olaraq itkilərin miqyasını qiymətləndirməli və yalnız bundan sonra iqtisadi-siyasi tənzimlənmədən danışmalıdır. Aydındır ki, BVF-nin Ermənistan üçün 1-3% inkişaf proqnozunu iqtisadiyyatın böyüməsi faktı kimi qiymətləndirmək olmaz”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-Sovet Araşdırmaları Mərkəzinin sektor müdiri, hökumət yanında maliyyə universitetinin dosenti Artyom Pilin erməni mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, ən yaxşı halda Ermənistan iqtisadiyyatı bu il 2019-cu ilin 4-cü rübünün səviyyəsinə, yəni böhran həcmindən əvvəlki vəziyyətə çata bilər. İnkişaf tempi isə 2022-ci ildən tez olmaya bilər. “Buna görə də Ermənistan üçün bölgədə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı hansı imkanlar açdığını düşünməliyik. Bu, çox vacib bir mövzudur. Çünki illərdir blokadada olan Ermənistan Azərbaycan ərazisindən keçərək Rusiya ilə quru sərhədinə sahib olmaq üçün real bir fürsət əldə edir. İşçi qrup yaradılır və Ermənistan mallarını Rusiya bazarına daşımaq üçün əlavə fürsət əldə etməkdə maraqlı olmalıdır. Çünki mövcud tədarük imkanları artıq Ermənistana Rusiyaya artan ixracat həcminə cavab vermir”, – deyə rusiyalı ekspert əlavə edib.
Lətif,
KONKRET.az
