Arutyunyan Ayvazyanla görüşdü: diqqət çəkən məqamlar – FOTObackend

Arutyunyan Ayvazyanla görüşdü: diqqət çəkən məqamlar - FOTO

Qarabağdakı terrorçu rejimin başçısı, barəsində Azərbaycan hüquq mühafizə orqanları tərəfindən cinayət işi qaldırılmış Araik Arutyunyan martın 25-də yenidən İrəvanda peyda olub.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, o, Ermənistan XİN başçısı Ara Ayvazyanla görüşüb. Məlumata görə, görüşdə humanitar məsələlər, sosial-iqtisadi problemlər müzakirə olunub. Bir daha Azərbaycan həbsxanalarında saxlanılan erməni terrorçuların məsələsindən danışılıb.

Ayvazyan-Arutyunyan görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bundan sonrakı proseslərdə iştirakının zəruriliyindən də bəhs olunub.

Görüşün İrəvanda keçirilməsi ondan xəbər verir ki, Azərbacanın dövlət başçısının sərt xəbərdarlığından sonra artıq A.Ayvazyanın Xankəndi şəhərinə yolu bağlanıb. Üstəlik, terrorçuların başçısı ilə görüşdə əski parçasının qoyulmaması da diqqət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*