Arutyunyanla Vardanyan arasında münasibət son günlər kəskinləşib.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, qondarma “prezident” Arayik Arutyunyanla qondarma “dövlət naziri” Ruben Vardanyan arasında fikir ayrılıqları var və buna görə münasibətlər pisləşib.
Nəşrin yazdığına görə, fikir ayrılıqları əsasən Qarabağın “status”u və gələcəyi ilə bağlıdır.
Lakin qəzet onu da əlavə edib ki, Rusiya onların heç birinin “istefa”sını istəmir.
“Belə görünür ki, Rusiya Federasiyası nə Arutyunyanın, nə də Vardanyanın “istefa”sını istəmir. Buna görə də, Arutyunyan “konstitusiya”ya düzəlişlər paketinin təşəbbüskarı olub. Ona əsasən, “parlament” öz vəzifələrini yerinə yetirmək mümkün olmadıqda, “prezident”i seçmək hüququna malik olacaq.
Bu təşəbbüs Ermənistan hökuməti tərəfindən Qarabağdakı “güc strukturu”nu dəyişməyə məcbur edib. Paşinyan Qarabağda “hakimiyyət”ə öz adamlarını gətirmək istəyir.
Dünən Sorosun baş prokurorunun adı “prezident”liyə mümkün namizəd kimi Qarabağda dolaşırdı. Amma ola bilsin ki, bir müddət sonra Arutyunyan da əvvəlki təşəbbüsü uğursuzluğa düçar etdiyi kimi, bu təşəbbüsü də iflasa uğratsın”, – deyə qəzet yazıb.
Aldığımız son məlumatlara görə, Moskva Ruben Vardanyanı Qarabağa qaytarıb. Bu, Azərbaycana qarşı alçaq hərəkətidir. Üstəlik, Moskvanın bu addımı Nikol Paşinyan hökuməti ilə razılaşdırılıb. Nəticələri regional münasibətlər üçün, ilk növbədə isə Ermənistan tərəfi üçün son dərəcə çətin olacaq.
Xuraman Etibarlı,
KONKRET.az
