AŞPA Türkiyə ilə bağlı qəbul etdiyi qərarla tarixi səhvə yol verdi – XİNbackend

AŞPA Türkiyə ilə bağlı qəbul etdiyi qərarla tarixi səhvə yol verdi - XİN

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il oktyabrın 12-də Türkiyə ilə bağlı qəbul etdiyi tövsiyə və qərarla tarixi səhvə yol verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu təşəbbüslə AŞPA məhkəmə proseslərindən siyasət üçün istifadə edir və dialoq kanallarını bağlamağa çalışır.

“Bu, AŞPA-nın əsas səbəbini təşkil edən demokratik dəyərlərə ziddir. AŞPA-nın etdiyi bu ehtiyatsızlıq gələcəkdə utancla xatırlanacaq. Türkiyə qurucu üzvü olduğu Avropa Şurasının məşvərət orqanı olan AŞPA-nın öz məqsəd və dəyərlərindən bu qədər uzaqlaşmasından təəssüflənir”, – deyə vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*