“Assancın azadlığa buraxılması mətbuat azadlığının qələbəsi deməkdir”backend

"Assancın azadlığa buraxılması mətbuat azadlığının qələbəsi deməkdir"

“Assancın azadlığa buraxılması mətbuat azadlığının qələbəsi deməkdir”.

KONKRET.az xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı bəyanatla çıxş edib.

Qeyd edək ki, Assanc həbsdən çıxdıqdan sonra vətəni Avstraliyaya uçub. The Washington Post-dakı mənbələrə görə, razılaşma Assancın ABŞ-ın milli müdafiəsi ilə bağlı məxfi sənədləri əldə etmək üçün 18 sui-qəsddən birində günahını qismən etiraf etməsini nəzərdə tutur.

ABŞ-da Assanc 2010-2011-ci illərdə Əfqanıstan və İraqdakı müharibələrlə bağlı ABŞ-ın rəsmi sənədləri və diplomatik kabellər dərc edildiyi üçün casusluqda ittiham olunur.

Qeyd edək ki, 2012-2019-cu illərdə “WikiLeaks”in yaradıcısı Ekvadorun Londondakı səfirliyində olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*