Göygöldə bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az-ın xəbərinə görə, rayonun Mollacəlilli kənd sakini, 1976-cı il təvəllüdlü Abdiyev Asif Mehralı oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.
Məlumata görə, A.Abdiyev mübahisə zəminində Asəf adlı həmkəndlisi tərəfindən döyülüb, onun oğlu tərəfindən isə kürək nahiyəsindən bıçaqlanıb.