“Arifa Ethno”dan “Qarabağ” kolleksiyası – Zəfərin altıncı ilinə ithafbackend

"Arifa Ethno"dan “Qarabağ” kolleksiyası - Zəfərin altıncı ilinə ithaf

Tanınmış jurnalist Arifə Əliyevanın yaratdığı “Arifa Ethno” brendi Zəfər Bayramının altıncı ildönümünə həsr olunan “Qarabağ” adlı yeni kolleksiyasını təqdim edib.

KONKRET.az xəbər verir ki, kolleksiyanın ideya müəllifi və dizayneri Arifə Əliyevanın özüdür. Yeni kolleksiyada Qarabağın zəngin tarixi-mədəni irsi, xüsusilə də Füzuli xalçaçılıq ənənələri müasir dəb üslubunda təqdim olunur.

Qarabağın qədim mədəniyyət mərkəzlərindən biri olan Füzuli özünəməxsus xalçaçılıq məktəbi və ornamentləri ilə tanınır.

Kolleksiyada bu ənənələrə müraciət edilməklə yanaşı, Füzuli xalçalarının naxış və kompozisiya xüsusiyyətləri müasir geyim, yaylıq və çanta dizaynlarında əksini tapıb.

Kolleksiyanın diqqətçəkən elementlərindən biri də Qarabağ atlarının obrazıdır. Zərifliyi, dözümlülüyü və çevikliyi ilə seçilən Qarabağ atları Azərbaycan xalqının milli-mədəni irsinin ayrılmaz hissəsidir. Onlar həm də Qarabağın tarixi şöhrətini və özünəməxsusluğunu təcəssüm etdirən rəmzlərdən biridir.

Arifə Əliyeva yeni kolleksiyasında qədim milli ornamentlərin orijinallığını qorumaqla onları müasir dəbin dili ilə təqdim etməyə çalışıb. Beləliklə, “Qarabağ” kolleksiyasında tarixi irs və müasir dizayn vahid konsepsiyada birləşib.

“Qarabağ” Arifə Əliyevanın “Arifa Ethno” brendi çərçivəsində hazırladığı sayca altıncı kolleksiyadır. Bundan əvvəl “Xurcun”, “Şah Göl”, “Simurq”, “Qobustan” və “Payız” kolleksiyaları təqdim olunub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*