Kürdəmir rayonunda iş adamı qəfil vəfat edib.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, rayon sakini, iş adamı kimi tanınan Vüqar Nağıyev toy məclisi zamanı qəfil dünyasını dəyişib.
Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Vüqar Nağıyev rayonda sahibkar kimi tanınıb. Mərhumun əmisi Hikmət Nağıyev də məhz ötən ilin noyabr ayında ürək çatışmazlığından qəfil vəfat etmişdi.
Vüqar Nağıyevin Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun dayısı oğlu olduğu bildirilir.
