Duran Azərbaycan bayrağını gördü və… – Videobackend

Duran Azərbaycan bayrağını gördü və… - Video

UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən “Seltik” – “Beşiktaş” matçından (3:2) sonra maraqlı hadisə yaşanıb.

KONKRET.az Qol.az-a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib.

O, qarşılaşma başa çatdıqdan sonra əlində ölkəmizin bayrağı olan Qlazqo Universitetinin tələbəsinin çağırışını diqqətsiz qoymayıb.

Futbolçu azərbaycanlı gəncə yaxınlaşaraq öz formasını ona hədiyyə edib.

Qeyd edək ki, “Qarabağ”ın sabiq hücumçusu olan Kamilo Duran sözügedən görüşdə 2 qol vuraraq komandasının qələbəsində əsas rol oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*