“ATƏT Azərbaycan və Ermənistana sərhəd münaqişəsini diplomatik yollarla həll etməyə kömək etməyə hazırdır”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə İsveç nümayəndəliyindən məlumat verilib.
ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linden Ermənistan və Azərbaycanın vəziyyəti sülh yolu ilə həll etməyə hazır olduqlarını alqışlayır. O, danışıqların davam edəcəyini və ən qısa müddətdə diplomatik həll yolunun tapılacağını ümid edir.
Tərəflərlə apardığı danışıqlar zamanı Linden ATƏT-in gərginliyi aradan qaldırmaq və tərəflərin danışıqlarını konstruktiv şəkildə davam etdirə biləcəkləri bir atmosfer yaratmaq üçün kömək etməyə hazır olduğunu bildirib.
Xuraman Etibarlı
KONKRET.az
