Avropa İnsan Haqları Məhkəməsi Saakaşvilinin şikayətlərini rədd edibbackend

Avropa İnsan Haqları Məhkəməsi Saakaşvilinin şikayətlərini rədd edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ona qarşı qaldırılan cinayət işlərinin ədalətliliyinə etiraz edən şikayətlərini tamamilə rədd edib.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, Strasburq eks-prezidentin Avropa Konvensiyasının 6, 7 və 18-ci maddələrinin pozulması ilə bağlı arqumentlərini dəstəkləməyib.

AİHM elan edib ki, “ədalətli məhkəmə araşdırması və şahidlərin dindirilməsi hüququ” maddəsinin pozuntusu aşkar etməyib, milli məhkəmələr Saakaşviliyə qarşı sübutlara obyektiv baxıb, hakimlər isə qərəzsiz olublar.

AİHM-ə görə, Saakaşvili gürcü hakimiyyətinin gizli məqsədinin olması – cinayət təqibi yolu ilə onun Gürcüstan siyasətində iştirakına mane olması barədə iddiaları əsaslandıra bilməyib: “Məhkəmə yekdilliklə AİHK-nın 18-ci maddəsinə əsasən iddiaçının həm 6232/20, həm də 22394/20 saylı şikayətlərini qəbuledilməz elan edib”.

Bu qərardan sonra hakimiyyətdə olan “Gürcü arzusu” partiyası Qərb siyasətçilərindən Gürcüstanın ədliyyə sisteminə hücumlara görə üzr istəməsini tələb edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*