Avropa İttifaqı Ermənistana iki il müddətinə 200 nəfərlik missiya GÖNDƏRİRbackend

Avropa İttifaqı Ermənistana iki il müddətinə 200 nəfərlik missiya GÖNDƏRİR

Avropa İttifaqı Ermənistana ən azı 2 il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti öz mənbələrinə istinadən yazır.

Avropa İttifaqı bir aydan sonra Ermənistana bu dəfə iki ay deyil, ən azı iki il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir .

Xidmətin mənbələrinə görə, bu layihə keçən həftə Avropa Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib. Dünən isə müşahidə missiyaları ilə məşğul olan əsas struktur olan Böhranların İdarə Edilməsi üzrə Mülki Məsələlər Komitəsi tərəfindən təsdiqlənib.

Üstəlik, ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, avropalı müşahidəçilər bu dəfə Ermənistanın bütün ərazisinə patrul nəzarəti edəcək. Əvvəlki missiya kimi onlar bu dəfə də silahsız olacaqlar.

Nə qədər müşahidəçinin gələcəyi hələ rəsmi olaraq açıqlanmayıb. Mənbənin məlumatına görə, yeni missiyaya təxminən iki yüz avropalı mütəxəssis daxil olacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*